U-21 yığmamız Şimali Makedoniya ilə heç-heçə etdi

25.03.2025 22:57 29
Ölkə futbolu / Aktual
Antalyada təlim-məşq toplanışında olan U-21 millimiz bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda bu dəfə Şimali Makedoniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, U-21 yığmamız hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçında Moldovaya 2:0 hesabı ilə qalib gəlib.