''Qalatasaray''ın son derbidə ''Fənərbaxça''nı 2:1 məğlub etməsinin ardından baş məşqçi Okan Burukla bağlı ortaya çıxan bir statistik məqam diqqət çəkməyə bilməz.
Məsələ burasındadı ki, 2022-nin yayından, yəni 4,5 ildi, ''Cim-Bom''un başında yer alan Buruk bu müddətdə əzəli rəqibə qarşı 12 rəsmi oyundan 7 qələbə, 3 heç-heçə, 2 məğlubiyyətlə ayrılıb. Okan Burukdan öncə isə ''Qalatasaray'' prinsipial rəqibinə qarşı bütün turnirlərdə 7 qələbəni nə az nə çox - düz 22 rəsmi oyuna və ya 10 ilə əldə etmişdi. Başqa sözlə desək, ''sarı-qırmızılar''ın ''Fənər''ə qarşı 10 il ərzində əldə etdiyi qələbə sayına Buruk cəmi 4,5 il ərzində nail olub!
Buruk ''Qalatasaray''dan öncə işlədiyi klublarda isə ''Fənərbaxça''ya qarşı keçirdiyi 12 oyunda cəmi 3 qələbə qazana bilmişdi. Əzəli rəqibə qarşı qısa müddət ərzində çox böyük üstünlük quran 53 yaşlı mütəxəssis bu mövsüm ardıcıl 5-ci çempionluğu qazanaraq daha öncə Türkiyə futbolunda heç kimin bacarmadığı bir uğura imza ata bilər.
Okan Burukdan ''Fənərbaxça''ya qarşı 10 ilə bərabər olan performans!
Dünya futbolu




