Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Şahin Diniyevin yetirmələri Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq, matçda hesab açılmayıb. Oyun qolsuz heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, “Universitatya Kluj” Rumıniya Superliqasında 29 xalla 8-ci pillədə qərarlaşır.