"Zirə" yenə heç-heçə etdi

24.07.2023 20:30 227
Premyer-liqa
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Tanzaniya “Simba”sı ilə üz-üzə gəlib. Qarşılaşma saat 17.00-da start götürüb. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, “Zirə” daha əvvəl Türkiyə “Fatih Karagümrük”ü ilə qolsuz heç-heçə edib. Rəşad Sadıqovun komandası bunadək "Kəpəz"ə qalib gəlib.