“Football-plus.az” bu sualla Aslan Kərimova müraciət edib:
“Təbii ki, nə qədər çox qol vursan və böyükhesablı qələbə qazansan, bir o qədər yaxşıdı. Artıq pley-offdayıq və “Hapoel” “Sabah”ın indiyə qədər qarşılaşdığı ən ciddi və güclü rəqiblərdən biridi. Hər iki komandanın üstün və zəif tərəfləri var. Düşünürəm ki, cütün taleyini ikinci oyun həll edəcək. Birinci matçda böyükhesablı nəticənin olacağını düşünmürəm. Çünki rəqib müdafiə olunmağı və oyun intizamını qorumağı bacaran komandadı.
“Srvena Zvezda” ilə oyunlarını izlədikdən sonra məndə belə təəssürat yarandı ki, “Hapoel” səfərdə, böyük azarkeş təzyiqi altında belə oyun strukturunu və soyuqqanlılığı qoruya bilir. Üstəlik heyətində keyfiyyətli futbolçular var. Hücum xəttindəki oyunçular da rəqibin səhvlərindən dərhal istifadə etməyi bacarırlar. Təbii ki, onların zəif tərəfləri də var. “Sabah”ın əsas üstünlüklərindən biri isə hücum xəttidi. Burda yalnız hücumçuları nəzərdə tutmuram. Müdafiəçilərin də hücumlara verdiyi böyük dəstək komandanın əsas üstünlüklərindəndi. Zedadka və Puxaç hücuma qoşulmağı, effektli ötürmələr verəyi, cərimə meydançasına daxil olaraq qol vurmağı və sürət hesabına rəqibi geridə qoymağı bacaran futbolçulardı. Onlar hücuma qoşularkən ön xətdəki futbolçular da daha sərbəst hərəkət edə bilir. Digər tərəfdən, Rumıniyada keçiriləcək qarşılaşmada “Hapoel”i müəyyən mənada favorit saymaq olar. Buna səbəb meydan amili, futbolçularının və legionerlərinin keyfiyyətidi. Əlbəttə, bu, onların “Srvena Zvezda” ilə oyunlarının axarına əsasən çıxardığım nəticədi. Fikrimcə, Rumıniyadakı oyunda “Hapoel” “Sabah”dan təxminən 5 faiz üstün görünə bilər. Amma rəqib aşkar favorit deyil. Bakıda isə düşünürəm ki, “Sabah” daha üstün tərəf olacaq. Bu baxımdan komandaların şansları, demək olar ki, bərabərləşir. Hər iki komandanın növbəti mərhələyə keçmək şansı yüksəkdi.
“Sabah”ın da zəif tərəfləri var. Komandamız hücum zamanı top itkisinə yol verəndə rəqibin əks-hücumlarında bəzən boşluqlar buraxır. “Orhus”la oyunda buraxılan qollara da baxsaq, top itkisindən sonra vaxtında toparlana bilmədiyimiz epizodlar oldu. Rəqib həmin boşluqlardan istifadə edərək qol vəziyyəti yarada və onu reallaşdıra bildi. “Hapoel” də məhz belə komandalardandı, rəqibi səhvə görə cəzalandırmağı bacarır.
Oyunun taleyini xırda səhvlər və detallar həll edəcək. Hər iki komanda oyun qurarkən 100 faiz konsentrasiya ilə çıxış etməlidi. Meydanın özünə aid hissəsində top itkisinə yol versən, dərhal qapında təhlükə yarana bilər. “Sabah” topu itirəndən sonra rəqibin sürətli keçidlərinə imkan verməməlidi. Ən azı hücumda topu itirən futbolçular rəqibin keçidini bir qədər ləngitməlidilər ki, komanda müdafiə strukturunu yenidən qura bilsin.
Bütün bunları demək asandı. Düşünürəm ki, hər iki komandanın baş məşqçisi və texniki heyəti bu məqamları futbolçularına izah edir və məşqlərdə bunun üzərində işləyib. Sadəcə, kim bu tapşırıqları daha mükəmməl və daha yüksək konsentrasiya ilə yerinə yetirəcəksə, o da üstünlük əldə edəcək.
Xüsusilə müdafiəyə keçid zamanı və ya hücum qurarkən top itkisinə yol verən komandanın şansları azalacaq. Bu səbəbdən də düşünürəm ki, qarşılaşmada xırda detallar və fərdi səhvlər həlledici rol oynayacaq”.

İSRAYIL XEYRULLAYEV