"Football-plus.az" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Sabah"la ilk oyuna çıxacaq "Hapoel"in (Beer-Şeva) baş məşqçisi Ran Kojak mətbuat konfransında deyib.
O, "Sabah"da nəyə diqqət yetirməli olduqlarını belə izah edib:
"Rəqib istənilən oyun üçün hazırlıqlıdı. Çox yüksək keyfiyyətli, sürətli, ötürmələrlə və standart vəziyyətlərdə rəqibi necə cəzalandırmağı bilən bir komandadı. Əlbəttə ki, çox yaxşı hazırlığı olan bir rəqibdi".
Ran Kojak komandasına güvəndiyini bildirib:
"Oyunçularımız çox vaxt layiq olduqları hörməti qazanmırlar və ümid edirəm ki, növbəti iki oyunda nə qədər yaxşı komanda və nə qədər hörmətə layiq olduqlarını sübut edəcəklər."






