“Bu gün axşama kimi dəyişiklik etmək şansımız var” - Qurban Qurbanov

19.08.2026 11:56 4
Avrokuboklar / Manşet
“Qarabağ” sabah Konfrans Liqasının pley-offunda səfərdə “Tvente” ilə qarşılaçacaq.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirdi.

- Çox vacib səfərə çıxırıq. Bu rəqiblə bağlı xatirələrimiz var. Problemlərimiz var, yaxşı hazırlaşa bilmədik. Çempionat başladığından sıx qrafik ilə işləyirdik. Bu gün uşaqların istirahət günüdü. Sabah səhər Niderlanda yollanacağıq. Problemlərə baxmayaraq, matça köklənmişik.

- Konfrans Liqası ilə yanaşı, premyer-liqada çıxış etmık sizin üçün faydalıdı? Yoxsa çətin?
- Belə dövrlərimiz çox olub. Buna çətin deməzdim. Bu futbolun bir parçasıdı. Avropa başqa bir səviyyədi. Orda keyfiyyətli komandalar var. Bu liqadan əl çəkmək istəmirik. Bizim bundan daha çətin, gərgin dönəmlərimiz olub. O qədər avrokuboksuz mövsumlərimiz olub. Addım-addım irəliləmişik.

- “Qarabağ” üzərində təzyiq daha çoxdu. Komandanın son illər qazandığı nəticələr sanki görməzdən gəlinir. Bu sizdə təzyiq yaradırmı? Daha öncə qarşılaşdığınız “Tvente” indikindən necə fərqlənir?
- Bizim uğurlarımıza göz yummaları? Buna cavab vermək istəmirəm. İnanmıram ki, bu günə qədər əldə etdiyimiz uğurlara göz yumulsun. Ən güclü məşqçilər belə bəzən Çempionlar Liqasına çıxmır. “Dinamo”nun Şevçenkosu olmaya bilər, amma adı var. Tarixdə yazılacaq ki “Qarabağ” qalib gəlib. Orda da qalacaq. Mənim məşqçi kariyeramda ən ağır oyunlardan biri ÇSKA-ya qarşı idi. Biz məğlub olmadıq, amma bizi keçdilər. Futbolda belə anlar olur. Dediyim kimi, bu gün bizim çatışmazlıqlarımız var. Yarışdan qopmaq fikrimiz yoxdu. Biz çəkinmirik, qorxmuruq, yorulmuruq. Daim azarkeşlərin haqqını verməyə çalışırıq. Buna görə azarkeşlərimiz narahat olmasın. Uğursuzluq həmişə olur, bu o demək deyil ki, mübarizəni dayandıraq. “Tvente” bu dəqiqə kommunikativ futbol oynayır. Azarkeşlərin xoşuna gələn dinamik futbol oynayır. Mənin diqqətimi cəlb etdi. Hər dövrün öz tələbləri var. Kim bunları yerinə yetirsə, o da qalib gəlir. Meydana çıxacaq futbolçuların üzərinə daha böyük yük düşür.

- Elvin iki həftə olmayacaq. Zubir isə gedib. Ötən il ən yaxşı cütlük Zubir - Elvin cütlüyü idi. İndi biz Zubirin mövqeyinə yeni transfer düşünə bilərik.
- Futbolçuların bir-birini başa düşməsi vacib haldı. Ola bilər ki, hansısa çətinliklərimiz olacaq. Lakin yeni kombinasiyalar düşünəcəyik. Mən həmişə solda solayaq futbolçu görmək istəyirəm. Ronaldo Sefas solayaqdı. Lakin dəqiq olaraq by matçda oynayacağını deyə bilmərəm. İstəyirik ki, bir-birini tamamlayan futbolçular olsun.

- Zubir gedəndən sonra “10 nömrə” boş qaldı. Kimə verəcəksiz?
- İstəyənlər çoxdu. Matçdan sonra baxarıq (gülür).

- İştirak ərizəsində dəyişiklik olacaq? Qnali ilə bağlı fikriniz nədi? O futbolçuya şans verəcəksiz?
- Dünən bir dəyişiklik olsa da, dayandırıldı. Yeni transferimizi bu görüşdə heyətimizə qata bilmədik. Bu gün axşama kimi dəyişiklik etmək şansımız var. Qnali perspektivli futbolçudu. Həmin vaxt Elvin zədələnəndən sonra onu heyətimizə qatdıq. Tural da var idi. İndi Bruno Lanqa və Elvin var.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul