"Sabah çox vacib matça çıxacağıq" - Marko Yankoviç

15.02.2023 18:49 324
Manşet / Konfrans Liqası
Konfrans Liqasında pley-off mərhələsinə start verilir.

Təmsilçimiz "Qarabağ" sabah "Gent"i qəbul edəcək. Oyundan öncə ağdamlıların futbolçusu Marko Yankoviç mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşüb:

"Sabah çox çətin və çox vacib matça çıxacağıq. Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdu. Oyun bizim üçün vacibdi. Sabaha qədər bir məşqimiz var. "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq".

- Çempionatdakı heç-heçələrdən sonra futbolçularda psixoloji durum necədi?
- Əvvəlki matçların nəticələrin bu oyuna aidiyyatı yoxdu. Bu, Avropa oyunudu. Sabah bizə heç bir təsiri olmayacaq. Əlimizdən gələni edəcəyik ki, doğma azarkeşlər qarşısında qələbə qazanaq.