“Milan” Junior Messiasın transfer hüquqlarına sahib çıxıb.
Football-plus.az xəbər verir ki, İtaliya klubu “Krotone”yə məxsus olan 31 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər müqavilə bağlayıb.
Xatırladaq ki, “Milan” Messiası “Krotone”dən ötən ilin yayında icarəyə götürmüşdü. İtaliyanın son çempionu ona görə 4,5 milyon avro xərcə düşüb. Junior son mövsümdə A seriyasında meydana çıxdığı 26 oyunda komandaya 5 qol və 2 məhsuldar ötürmə ilə faydalı olub.