Uzun müddət “Zaqatala”nı çalışdıran Rüstəm Məmmədovun klubdan ayrıldığını bilirsiz. Onun yerini Rakif Əliyev tutub.
Bəs Məmmədov hazırda nə işlə məşğul olur? Onun “Football-plus.az”a cavabı:
“Hələ ki, heç bir klubla anlaşmamışam. Öz klubum, uşaq klublarım var. “Alfa Zaqatala” komandasını çalışdırıram. Hazırda həmin klubla Bakıya gəlmişik. Təlim-məşq toplanışı deməyim, daha doğrusu, bir neçə yoldaşlıq oyunu keçirmək üçün burdayıq. Hazırkı vəziyyətdə onlarla daha çox məşğulam. Amma müəyyən təkliflər, müəyyən planlar var. Hazırda tam rəsmi formada heç bir klubla anlaşmamışıq. Yeni baş məşqçi Rakif Əliyevi yaxşı tanıyıram. Onunla “Qəbələ”də bir yerdə işləmişik. Yaxşı münasibətimiz var. Görüşmüşük, işləmişik, yəni iş yoldaşı olmuşuq. Rakif müəllimə də “Zaqatala”da uğurlar diləyirəm. İnşallah, gələn mövsüm onun üçün də uğurlu olar. Nə lazım olsa, mən də kömək etməyə hazıram”.
İSRAYIL XEYRULLAYEV