Fransa nəhəngində rusiyalı qapıçı

16.06.2024 18:00 355
Dünya futbolu
Matvey Safonov ilə bağlı bir neçə gün əvvəl yayılan xəbər doğru çıxıb.

“Football-plus.az” xəbər verir ki, PSJ “Krasnodar”ın qapıçısını transfer edib. Fransa klubunun rəsmi saytının yaydığı xəbərə görə, rusiyalı qolkiperlə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Transferin təxmini məbləği bonuslar daxil olmaqla 20 milyon avrodu.

Xatırladaq ki, Safonov ötən mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 11 oyunda qapısını toxunulmaz saxlayıb.