İtaliya çempionu yeni qapıçı aldı

25.07.2023 23:30 217
Dünya futbolu
“Napoli” yeni qapıçı alıb.

"Football-plus.az" xəbər verir ki, İtaliya çempionu “Bari”dən Elia Kaprileni transfer edib. İtaliyanın gənclərdən ibarət milli komandasının oyunçusu 7 milyon avroya alınıb.

Neapol klubu 21 yaşlı futbolçunu “Empoli”yə icarəyə göndərib. Elia bu komandada bir il çıxış edəcək.

Qeyd edək ki, Kaprile 2022/23 mövsümündə İtaliya çempionatının 2-ci divizionunda 41 oyun keçirib, 15 matçda qapısını toxunulmaz saxlayıb.