Məsut Özil rus agenti rolunda! – kimi hara qaytarırsan, adam?

23.10.2026 12:56 3 276
Dünya futbolu
Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Məsut Özil FİFA-ya ikili standartlar siyasətinə son qoymaq və Rusiya komandalarını beynəlxalq turnirlə qaytarmaq ilə bağlı çağırış edib.

Türk futbolçu oktyabrın 21-də “Zenit”lə “İstanbul BŞ”nin veteranları arasında İstanbulda keçirilən yoldaşlıq oyununu (türklər 3:2 hesabıyla qalib gəlib) izləyənlər arasında olub:

“İdman həmişə adamları birləşdirib. FİFA bu prosesdə İsrail komandaları üçün qadağa qoymasa da, Rusiya komandaları üçün qoyub. Burdan FİFA-ya çağırış edirəm: bu ikili standartları bir kənara tullayıb, hamıya eyni cür yanaşsınlar”.

2022-ci ilin fevralından bəri rus işğalına qarşı savaşan Ukraynanın maraqlarına bu şəkildə tüpürmək, təcavüzkar bir dövlətin yanında olmaq nə insanlığa, nə kişiliyə, nə də türklüyə sığır. Məsut paşa yaxşı bilmədiyi mövzuya burnunu soxmasaydı, daha nəcib davranardı. Belə açıqlama verən adamın ya təfəkkür problemi var, ya da, sadəcə, rusun agentid!

ORXAN