Milli bu gün Polşa ilə qarşılaşacaq

23.10.2026 10:31 18
İdman
20 yaşadək voleybolçu qızlardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayır.

"Football-plus.az" xəbər verir ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında Polşa yığması ilə qarşılaşacaq.

Gürcüstanın Rustavi şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.

Yığmamız oktyabrın 24-də növbəti oyununda Latviya seçməsi ilə üz-üzə gələcək.