Sisse İtaliya futbolu üçün yeni rekord müəyyənləşdirdi

23.10.2026 12:15 54
Dünya futbolu
Oktyabrın 15-də Avropa Liqasının (AL) əsas mərhələsinin 2-ci turu keçirildi.

"Football-plus.az" xəbər verir ki, 10 komanda liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazandı.

Turnir cədvəlinin şərikli liderləri “Yuventus”, “Bayer-04”, “Benfika”, “Beşiktaş”, “Bornmut”, “Omoniya”, “Ferentsvaroş”, “Lion”, “Sanderlend” və “Olimpiakos”du. 2-ci turda qeydə alınan əsas fakt isə Alfaco Sissenin İtaliya futbolu üçün avrokuboklarda yeni rekord müəyyənləşdirməsidi. “Milan”ın yarımmüdafiəçisi “Zaltsburq”la oyunda (4:0) qitə kuboklarında het-trik edən ən yeniyetmə italiyalı futbolçu oldu. Buna 19 yaş 358 günlüyündə nail olan Alfaco iki gün əvvəl Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilən rekordu yenilədi. “Brügge”nin italiyalı hücumçusu Çempionlar Liqasının (ÇL) oktyabrın 13-də keçirilən “İnter”lə oyununda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı.

Qeyd edək ki, Trezoldinin nəticəsinə qədər uzun müddət toxunulmaz qalan rekord 1997/98 mövsümündə ÇL-in “Monako” ilə yarımfinal matçında (4:1) üç qol vuran “Yuventus”un hücumçusu Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.