Hazırda turnir cədvəlinin axırıncı pilləsində qərarlaşan “Şəki”də çıxış yolu görünürmü? Sadəcə, forma satmaqla klub saxlamaq nə dərəcə düzgündü? “Şəki”də durum dəyişə, “halvaçılar” liqada qala bilər? “Futbol+” nu suallara cavab tapmaq üçün klubun prezidenti Elgün Hüseynovla əlaqə saxlayıb:
“Bunun səbəbləri çoxdu. Əslində ötən ildən bizim sponsor problem yaratmışdı, üstümüzdə 240 min borc qoyub getmişdi və məhkəmə prosesi hələ davam edir. Hələ ki bir nəticə yoxdu. Borclarımız gözlədiyimizdən çox olduğuna görə çətinlik çəkirik. İndi isə 600-a yaxın forma satmışıq. Bəli, bu kifayət qədər böyük rəqəmdi. Lakin elə də böyük vəsait deyil. Klublar var ki, bəli, onlara 40-50 min forma satışı kifayət edir.Amma eyni zamanda onlar bilet də satırlar. Bizim stadionumuz yoxdu, komanda məşq edə bilmir. Bu məğlubiyyətin səbəbi komandanın məşq edə bilməməsi idi. Düşünürəm ki, bu vəziyyət dəyişəcək. Əlbəttə, hər yoldan bir çıxış yolu var. Buna inanmasaq, mübarizəyə başlamazdıq. Bu mövsüm liqada qalacağıq. İnşallah, bu çətinliklərin öhdəsindən gələcəyik”.
İSRAYIL XEYRULLAYEV





