"Turan Tovuz"dan 13:0 hesablı qələbə

7.07.2024 22:21 381
Ölkə futbolu
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda 2-ci liqa təmsilçisi “Şəmkir”lə üz-üzə gəlib. Matç "Turan Tovuz"un 13:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Tovuz təmsilçisi ötən mövsüm premyer-liqanı 48 xalla 6-cı pillədə başa vurub.