Məşhur futbolçunun oğlu İngiltərədə qaldı

28.07.2025 16:32 34
Dünya futbolu
Ukrayna yığmasının sabiq futbolçusu Andrey Şevçenkonun oğlu Kristian bundan sonra da İngiltərədə oynayacaq.

"Football-plus.az" xəbər verir ki, o, “Uotford”la peşəkar müqavilə imzalayıb. Klubun rəsmi saytının məlumatına görə, 19 yaşlı hücumçu ilə bağlanan müqavilənin müddəti “1+1 il”likdi. Kristian indiyədək 2023-cü ildən “Uotford”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. O, ötən mövsüm 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Andrey Şevçenko uğurlarla zəngin olan karyerası ərzində “Dinamo” (Kiyev), “Milan”, “Çelsi” və Ukrayna millisindəki oyunları ilə tanınır.