“Çox güman ki, dəyişdiriləcək” – “Quba”, yoxsa “Hypers Quba”?

21.08.2025 22:19 49
Aktual / Ölkə futbolu
İki ay əvvəl 1-ci liqaya yüksələ bilməyən “Hypers Quba” adını dəyişərək “Quba” etdi. Bundan sonra çempionatda “Quba” adı ilə çıxış edəcəklərini deyən klub prezidenti Ayaz Abdullayev arxiv sənədlərində də belə olduğunu bildirmişdi.

Ötən gün PFL-in binasında 1-ci və 2-ci liqanın püşkatma mərasimi keçirildi. “Quba”nın adı “Hypers Quba” kimi qeyd edildi və təqvimdə də belə göstərildi. Bəs klubun adı dəyişdirilməmişdi? Bu mövsümdən “Quba” adı ilə çıxış etməyəcəklər? Sualı Ayaz Abdullayevə ünvanladıq:
“Hypers Quba” deyil, “Quba” adı ilə çıxış edəcəyik. Sadəcə, dövlət tərəfindən verilən sənədlərdə bir az gecikmə oldu, o da bugünlərdə təqdim olunacaq. Çox güman, dəyişdiriləcək”.
Qeyd edək ki, ötən mövsümün əvvəlində də komandanın adı “Hypers”dən “Hypers Quba”ya dəyişdirilmişdi.

MÜZƏFFƏR QULUZADƏ