Mahir oynadı, komandası 1 xal qazandı

5.08.2022 23:59 423
Dünya futbolu
Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisi IV tur çərçivəsində səfərdə "Varazdin"lə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb - 1:1.

Mahir də bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.