Mahir oynadı, "Dinamo" "Astana"ya 5 qol vurdu

22.09.2023 10:00 243
Konfrans Liqası
Konfrans Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Qazaxıstanın "Astana" klubunu qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçda start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.