Bilindiyi kimi, cümə axşamı saat 20.00-da başlayacaq oyun “Liv Bona Dea Arena”da keçiriləcək. Matçın biletləri də iki gün əvvəl satışa çıxarılıb. Belədə indiyə qədər neçə biletin satıldığı maraq doğurur. Bunu öyrənmək məqsədilə “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında artıq 2000 biletin alındığını dedi:
“Ümumiyyətlə, 6000 bilet satışa çıxarılıb. Onların üçdəbiri satılıb. Rəqib üçün isə 200 bilet ayırmışdıq. Lakin “Şerif” bizə bununla bağlı hansısa müraciət etməyib. Görünür, komandanın azarkeşləri Bakıya gəlməyəcək”.
Qeyd edək ki, “Liv Bona Dea Arena” 6700 azarkeş tutumuna malikdi.
KƏNAN BAHADIR





