İngiltərə klubunu tərk etdilər

27.05.2025 20:12 17
Dünya futbolu
“Everton” rəhbərliyi 4 futbolçu ilə yolları ayırıb.

İngiltərə klubunun rəsmi saytının məlumatına görə, premyer-liqa təmsilçisinin icarəyə götürdüyü yarımmüdafiəçilər Cek Harrison, Yesper Lindström, Orel Manqala və hücumçu Armando Broya komandadan ayrılıblar.

Gələn ayın sonunda icarə müqavilələrinin müddəti başa çatdıqdan sonra bütün oyunçular əsas klublarına qayıdacaqlar. Harrison “Lids”ə, Lindström “Napoli”yə, Manqala “Lion”a və Broya isə “Çelsi”yə geri dönəcək.