"Everton" bir futbolçusu ilə yollarını ayırıb.
Football-plus.az xəbər verir ki, Liverpul təmsilçisi Venesuela yığmasının hücumçusu Salomon Rondonla sağollaşıb. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2021-ci ildən "Everton"un uğurları üçün çalışan Salomon komandanın heyətində meydana çıxdığı 31 oyunda cəmi 3 qol vurub.