Qattuzonun yerini Baldini tutdu

15.04.2026 14:52 21
Dünya futbolu
İtaliya yığmasının müvəqqəti baş məşqçisi müəyyənləşib. Bu haqda İtaliya Futbol Federasiyası məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, milli komanda hazırda ölkənin U-21 yığmasına rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə müddəti iyunun sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Baldini yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib.

Xatırladaq ki, Qattuzo İtaliya yığmasının DÇ-2026-nın seçmə pley-off mərhələsinin finalında Bosniya və Hersoqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.

“Skuadra adzurra” Baldininin rəhbərliyi altında iyunda Lüksemburq və Yunanıstan yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.