Aliu Sisse Seneqal yığmasının baş məşqçi vəzifəsindən ayrılıb.
Bu haqda yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Sisse milli komandanı 2015-ci ildən çalışdırırdı. O, yığma ilə 2019-cu ildə Afrika Millətlər Kubokunun gümüş mükafatçısı, 2021-ci ildə isə qalibi olub. Seneqalın DÇ-2022-də 1/8 finala qədər irəlilədiyini də bildirək.
48 yaşlı mütəxəssis məşqçi karyerasına 2012-ci ildə ölkənin əsas komandasında baş məşqçinin əvəzləyicisi kimi başlayıb. 2012-13-cü illərdə U-23 yığmasında eyni funksiyanı icra edib və 2013-15-ci illərdə bu komandanı daimi əsasda çalışdırıb. Sabiq yarımmüdafiəçi olan Sissenin Seneqal yığmasında 1999-2005-ci illərdə 35 oyun keçirdiyini də xatırladaq.