Paro daha bir il "Araz-Naxçıvan"da

29.06.2026 12:04 12
Ölkə futbolu
"Araz-Naxçıvan" İssouf Paro ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, Burkino Fasodan olan mərkəz müdafiəçisi 2026/27 mövsümünü də Naxçıvan klubunda keçirəcək.

"Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.