“Turan Tovuz” Misli premyer-liqasının 12-ci turunda evdə “Qarabağ”la heç-heçə etdi.
“Football-plus.az” xəbər verir ki, “bozqurdlar”ın baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Səhvlərimiz də var idi.
- Qələbə qazana bilməməyinizdə rəqib qapıçının yaxşı oyununun nə qədər təsiri oldu?- Qapıçı onsuz da yaxşı oynamalıdı.
- Rəqibin "Qarabağ" olması oyun planında sizi nəyisə dəyişməyə məcbur etdi?- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, rəqibin ustalığını, oyunçuların fərdi ustalıqlarını da nəzərə almışdıq.
- Sirr deyilsə, plan nədən ibarət idi?- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.
- Liderlə heç-heçə sizi razı salır?- Desəm ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.
ƏSƏD SEYİDOV