"İşimiz hələ tamamlanmayıb" - "Omoniya"nın baş məşqçisi

7.08.2025 22:53 12
Manşet / Konfrans Liqası
“Omoniya” “Araz-Naxçıvan” üzərində qələbə qazanıb - 0:4.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Harninq Berq jurnalistlərin suallarını cavablayıb.

- Xoşbəxtik, sevinirik, 4 qol vurduq, qol buraxmadıq. İşimiz hələ tamamlanmayıb. Ev oyunumuz da var. Komandam yaxşı idi. Yaxşı qollar vurduq, yaxşı müdafiə olunduq. Oyundan razı qaldım.

– Ot örtüyünün keyfiyyətindən razı qaldız?
– Oynamaq çətin idi. Bu hər iki tərəf üçün idi. Buna baxmayaraq, yaxşı oyun oynadıq.

– Bu qələbəni federasiya rəhbərinə həsr edirsiz?
– Bəli. Amma o belə hesab gözləmirdi. Gözlədiyindən daha böyük hədiyyə oldu.

– Bakıya ikinci səfəriniz idi. “Qarabağ”la “Araz-Naxçıvan”ın fərqi nə idi?
– “Qarabağ” daha təcrübəli idi. Patrik orda çıxış edirdi. “Araz” hələ ki yeni klubdu. 1-2 oyun üzərindən müqayisə etmək çətindi. “Araz” yaxşı oyun nümayiş etdirir. “Aris”lə oyunlarda yaxşı qələbə qazandılar. Bu gün oyun asan olmadı, sadəcə qollarımızı vura bildik.

MÜZƏFFƏR QULUZADƏ