“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?

7.07.2026 14:01 13
Avrokuboklar
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) matçına bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, artıq qarşılaşma üçün 16 min 350 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manatdır. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb.

Biletləri yalnız "iticket.az"ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündü. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

İyulun 9-da keçiriləcək “Qarabağ” - “Vestri” görüşü saat 20.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul