“Səbail” ASKO ilə davam edəcəkmi? – klub rəsmisi açıqladı

31.05.2025 10:52 52
Aktual / Ölkə futbolu
Ötən həftə “Səbail”in idman direktoru Firuz Abdulla “Football-plus.az”a açıqlamasında klubun əsas sponsoru olan ASKO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) ilə işbirliyinin davam edib-etməyəcəyi ilə bağlı konkret qərarın olmadığını demişdi.

Bu mövzuda hansısa yeniliyin olub-olmadığını öyrənmək üçün yenidən Firuz bəylə əlaqə saxladıq:
“Hələ ki görüş olmayıb. Görüş olandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.
MÜZƏFFƏR QULUZADƏ