ASCO “Səbail”dən imtina edib? – icraçı direktordan iddialara cavab

4.07.2024 17:49 1 969
Ölkə futbolu / Manşet
Bəzi media orqanları və sosial şəbəkələrdə yayılaan iddialara görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyəti “Səbail”ə sponsorluğu dayandırıb.

Guya buna “dənizçilər”in ötən mövsümdə Misli premyer-liqasında 7-ci yeri tutması səbəb olub. Və himayədarlar bu üzdən klubu AFFA-nın ayırdığı 3 milyon manata möhtac qoyub.

“Səbail”in icraçı direktoru Firuz Abdullanın “Football-plus.az”a söylədikləri:

“Tam əsassız məlumatdı. “Dənizçilər”in büdcəylə bağlı hər hansı problemi yoxdu. Qısası, hər şey qaydasındadı. Hazırda xeyli legionerlə razılığa gəlmişik. Ölkəmizdə özünü təsdiqləmiş yerli futbolçular düşərgəmizdədi. Büdcə azdısa, bunları necə edirik? Ümumiyyətlə, “Səbail”in maliyyə böhranı yaşamasıyla bağlı iddialar həqiqəti əks etdirmir”.

“Dənizçilər”in əvəzedici heyətinin baş məşqçisi Asif Mirilinin vəzifəsindən ayrıldığını xəbər vermişdik. O, saytımıza açıqlamasında səbəbi həm də büdcənin azlığıyla əlaqələndirmişdi. Firuz bəydən mütəxəssisin izahatı haqda fikirlərini də öyrəndik:

“Yenə deyirəm, maliyyə ilə bağlı sıxıntımız yoxdu. Büdcənin optimallaşdırılması variantından yararlanmışıq ki, bu da böyüdüləsi məsələ deyil”.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul