Osimhen ünlü menecerin təklifini geri çevirdi

21.10.2026 20:33 27
Dünya futbolu
''Qalatasaray''ın ulduzu Viktor Osimhenlə bağlı Türkiyə mediasında maraqlı bir iddia ortaya atılıb.

Jurnalist Əli Naci Küçükün məlumatına görə dünyaca ünlü portuqaliyalı menecer Xorxe Mendeş 27 yaşlı forvarda əməkdaşlıq təklif edib. Ancaq Osimhen bu təklifi geri çevirərək hazırda bütün diqqətini ''Qalatasaray''ın matçlarına yönəltdiyini bildirib.

Bununla belə Mendeşin mövsümün sonunda yenidən Osimhenlə əlaqə quracağı istisna edilmir. Təcrübəli futbolçunun son illərdə rəsmi olaraq meneceri Roberto Kalendadı. Amma o, italiyalı Corc Qardi ilə də əməkdaşlıq edir. Osimhenin ''Qalatasaray''a transferində məhz Qardinin böyük əməyi olmuşdu.

Osimhen zədədən qayıtdıqdan sonra keçirdiyi 3 rəsmi oyunda qol vura bilməsə də, bu mövsüm onun aktivində 7 rəsmi oyunda 6 qol var.