Avstriya - Azərbaycan oyunu üçün nə qədər bilet satılıb?

9.03.2023 11:55 534
Yığma
Martın 24-də Linz şəhərində Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

"Football-plus.az" "Skysportaustria" nəşrinə istinadən xəbər verir ki, ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb.

Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, "Raiffeisen Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Stadion 19 min azarkeş tutumuna malikdir.