"Sabah" ilk "24-lüy"ü tərk etdi - "Borussiya"dan xal alsaydıq...

22.10.2026 10:31 162
Avrokuboklar
Çempionlar Liqasında liqa mərhələsinin 3-cü tur başa çatıb.

"Football-plus.az" xəbər verir ki, 2-ci gündə də 9 oyun keçirilib.

İlk oyun günündə “Sabah” Bakıda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub.

Turun bütün matçlarından sonra komanda hazırda turnir cədvəlində 3 xalla 25-ci sıradadı.

Valdas Dambrauskasın kollektivi 1-ci turda "Mançester Yunayted"ə uduzub (0:4), 2-ci turda isə “Slaviya”nı məğlub edib (2:0).

Xatırladaq ki, ÇL-nin liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

"Sabah" ilk "24-lüy"ü tərk etdi