Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək millimizin açıq məşqi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesi sabah saat 16.30-da Hövsan Yarış Kompleksində təşkil olunacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Bundan əvvəl yığmanın baş məşqçisinin iştirakı ilə brifinq keçiriləcək.
Yığmamız turnirdə ilk oyununu oktyabrın 24-də saat 19.30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Komandamız oktyabrın 25-də saat 12.45-də Andorra, 19.30-da isə Avstraliya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Oktyabrın 26-da yığmamız həmin meydançada saat 11.30-da İsrail, 18.15-də isə Haiti millisi ilə qarşılaşacaq.
Oktyabrın 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin iştirakı, minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
U-15 millimizin açıq məşqi keçiriləcək
Ölkə futbolu





