“Deyəsən, “Borussiya” oynamağı unutduğu kimi, düz danışmağı da unudub” – “Sabah” Almaniyanı silkələyib

21.10.2026 20:55 630
Avrokuboklar / Manşet
“Sabah”ın Çempionlar Liqasında liqa mərhələsinin 3-cü turunda “Borussiya”ya qarşı sərgilədiyi oyunu rəqib azarkeşlər də bəyənib.

“Football-plus.az” xəbər verir ki, Dortmund təmsilçisinin dünən BOS-da qazandığı qələbə tərəfdarlarını xoşbəxt etməyib. “Arılar”ın sosial şəbəkə hesablarında rəy yazanlar komandanın oyunundan razı qalmadıqlarını, meydan sahiblərinin qonaqlara çox çətin anlar yaşatdığını dilə gətiriblər.

Ess Ge: “Çempionlar Liqasında debüt edən komandaya qarşı çox zəif çıxış etdik. Görünür, bizi çox acı payız gözləyir”.

Basti Klaas: “30 ildi “Borussiya” azarkeşiyəm. Heç vaxt bu qədər həyəcanlanmamışdım. Qorxunc oyun idi. “Sabah” hər an qol vura bilərdi. Bu qələbə məni heç cür xoşbəxt edə bilməz!”

Jens Vössing: “Kovaç komandanın oyunundan razı qaldığını və daha çox qollar vura biləcəklərini dedi. Deyəsən, “Borussiya” oynamağı unutduğu kimi, düz danışmağı da unudub”.

Martin Fi: “Bu qələbə ilə fəxr etmək olarmı? Özgüvən? Yoxdu! Hədəf? Yoxdu!”

Pascal Krohm: “Bəli, mənim sevimli “Borussiya”m qalib gəldi. Ancaq sevinə bilmirəm. Sanki Konfrans Liqası oyunu izlədim. Artıq “Arsenal”dan, “Aston Villa”dan, “İnter”dən çox qorxuram”.

Martin Shot: “İkinci dərəcəli rəqibə qarşı belə oyun bizi həddən artıq məyus etdi. Çox kədərliyik”.

Jan Conradt: “Əla! Çoxsaylı Çempionlar Liqası çempionluğu olan “Sabah”ı məğlub etdik. Möhtəşəm “Borussiya”!

KƏNAN BAHADIR