Messi və Suaressiz...

25.07.2024 21:07 353
Dünya futbolu
Lionel Messi zədə üzündən komandasının daha bir oyununu buraxacaq.

“İnter Mayami”nin hücumçusu MLS-in “Ulduzların Oyunu”nu buraxacaq.
Dünya çempionu Amerika Kubokunun Kolumbiya ilə final matçında (1:0) aldığı zədə səbəbindən çoxdan planlaşdırılan oyunda iştirak edə bilməyəcək.
Əlavə edək ki, “İnter Mayami”nin digər hücumçusu Luis Suares də bu matçı buraxacaq. “Ulduzların Oyunu” iyulun 25-də Kolumbus şəhərində keçiriləcək. Oyunda MLS-in və Meksika Liqa MX-in ən yaxşı futbolçularından ibarət komandalar qarşılaşacaqlar.