Final oyununu buraxacaq

1.06.2023 22:30 192
Dünya futbolu
“Mançester Yunayted” İngiltərə kubokunun final matçına itki ilə çıxacaq.


"Football-plus.az" xəbər verir ki, Antoni Marsyal “Mançester Siti” ilə oyunda zədə səbəbindən iştirak edə bilməyəcək. 27 yaşlı fransalı hücumçu premyer-liqanın sonuncu turunun “Fulhem”lə matçında (2:1) zədələnib.

İngiltərə kubokunun finalı iyunun 3-də keçiriləcək.