"Sabah" braziliyalı futbolçu aldı

10.08.2024 17:06 334
Ölkə futbolu
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paytaxt təmsilçisi braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlayıb. Mərkəz müdafiəçisi Portuqaliyanın "Şaviş" klubundan transfer edilib.

Braziliyanın "Fluminense" klubunun yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində bu klubla yanaşı, Belçikanın "Gent" (2014-2015), Braziliyanın "Fiqeyrense" (2018), CRB (2019), "Yuventude" (2022), Portuqaliyanın "Jil Visente" (2019-21), "Santa Klara" (2023), "Şaveş" (2023/2024) və Meksikanın "Mazatlan" (2021-22) klublarında çıxış edib.

Noqeyra "Sabah"da 14 nömrəli formanı geyinəcək.