“Bu, “Makkabi”nin ən böyük biabırçılıqlarından biridi”

1.08.2024 18:54 374
Manşet / Konfrans Liqası
Bilindiyi kimi, “Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən səfər görüşündə Hayfa “Makkabi”sini darmadağın edib.

“Football-plus.az” İsrail mediasına istinadla xəbər verir ki, Hayfa “Makkabi”sinin yetirməsi olan və karyerası ərzində “Mançester Siti”, “Sauthempton kimi İngiltərə klublarında çıxış etmiş, İsrail yığmasının veteran futbolçusu Eyal Berkoviç belə böyükhesablı məğlubiyyətin biabırçı nəticə olduğunu bildirib. Sabiq futbolçu "yaşıllar"ın darmadağını belə şərh edib:
"Bu, “Makkabi”nin ən böyük biabırçılıqlarından biridi. Necə olur ki, heç kim Baxarı (“Makkabi”nin baş məşqçisi Barak Baxar - red.) cümə axşamı günü alçaldılmasına görə tənqid etməyib? Ayıbdı, "Makkabi" xəstədi amma o yox? Bu yaşda futbol oynamaq istəmirəm. Komanda bir fəlakətə bənzəyir. Avropadan uzaqlaşdırılmanın iqtisadi zərbəsi olduğu halda, hələ də “Sabah”ı keçmək mümkündümü?”.


KAMAL SƏFƏR