MS-nin oyunçusu nə vaxt qayıdacaq?

6.12.2024 17:53 357
Dünya futbolu
Mateo Kovaçiçin son durumu ilə bağlı xəbər yayılıb.

“Mançester Siti”nin xorvat yarımmüdafiəçisi təxminən 3-4 həftə oynaya bilməyəcək. O, milli komandanın heyətində Millətlər Liqasının Şotlandiya (0:1) və Portuqaliya (1:1) ilə son oyunlarında iştirak edib. Mateonun konkret olaraq yığmanın, yoxsa klubun düşərgəsində zədələnməsinə aydınlıq gətirilmir.

Kovaçiç bu mövsüm MS-nin heyətində 15 oyuna 3 qol vurub.