“Qırmızı şeytanlar”a keçə bilər

13.03.2026 11:30 19
Dünya futbolu
“Nottingem Forest”in və Braziliya millisinin müdafiəçisi Murillo İngiltərə premyer-liqasının daha yüksək səviyyəli klubuna keçə bilər.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı oyunçunu transfer etməkdə maraqlıdı.

“Transfermarkt” portalı Murrilonun dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdi.

Murillo bu mövsüm premyer-liqada 21 oyuna çıxıb, 1 qol vurub.