“Mançester Siti”yə keçidi rəsmiləşdi

28.06.2023 15:36 251
Dünya futbolu
Mateo Kovaçiç artıq “Mançester Siti”nin oyunçusu sayılır.

"Football-plus.az" xəbər verir ki, onun bu kluba keçidi rəsmiləşib.

Xorvatiya millisinin yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. MS bu transfer üçün “Çelsi”yə 30 milyon avro ödəyib.

Qeyd edək ki. 29 yaşlı futbolçu London klubunda 2019-cu ildən çıxış edirdi.