Beyl Madriddə qalacaq?

12.06.2022 16:58 435
Dünya futbolu
Qaret Beyl son günlər haqqında gəzən xəbərə reaksiya verib.

“Real”dan azad agent kimi ayrılan təcrübəli futbolçu Madridin digər klubuna – “Xetafe”yə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Uelsli hücumçu qısa açıqlama verib:

“Mən “Xetafe”də olmayacağam, bu dəqiqdi”.

Yeri gəlmişkən, agenti Qaretin xidmətini “Roma”ya təqdim edib. Təcrübəli futbolçu romalıları çaışdıran Joze Mourinyonun rəhbərliyi altında bir müddət əvvəl icarə əsasında “Tottenhem”də çıxış edib.