“Real” rəhbərliyi Kilian Mbappe ilə bağlı son xəbərə reaksiya verib.
Bəzi mənbələr İspaniya klubunun PSJ-nin hücumçusu ilə danışıq apardığını iddia edir. Lakin “Real” bu iddianı təkzib edən bəyanat yayıb. Bəyanatda belə bildirilib:
“KİV-də klubumuzla Kilian Mbappe arasında danışıq aparıldığı ilə bağlı yayılan xəbərlərə reaksiya olaraq bildiririk ki, bu iddia həqiqətəuyğun deyil”.
Xatırladaq ki, bir müddət əvvəl “Real” Mbappeni sıralarına qatmağa yaxın olsa da, fransalı futbolçu hazırkı klubu ilə müqaviləsini yeniləmişdi.