Slavik Alxasov "Araz-Naxçıvan"da

7.08.2024 13:56 438
Ölkə futbolu
"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Slavik Alxasovla müqavilə imzalanıb.

31 yaşlı cinah müdafiəçisi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərinə qoşulan futbolçu müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.