"Araz-Naxçıvan"da ayrılıq

4.06.2025 13:47 22
Ölkə futbolu
"Araz-Naxçıvan"dan bu yay ayrılan ilk futbolçu məlum olub.

"Football-plus.az" xəbər verir ki, Vadim Abdullayevlə başa çatan müqavilə yenilənməyib.

30 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından Naxçıvan təmsilçisində çıxış edirdi.

Xatırladaq ki, mövsümü 3-cü pillədə başa vuran "Araz-Naxçıvan" buna qədər baş məşqçi Elmar Baxşıyev, futbolçulardan Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzatmışdı.