“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə bağladı

1.06.2026 12:50 16
Ölkə futbolu
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də bu komandanın formasını geyəcək. Hər iki futbolçu ilə yeni müqavilənin müddəti bir ildi.

Klub daha əvvəl əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə bağlayıb.