Ölkəmiz iki şahmatçı ilə təmsil olunacaq - DÇ

17.11.2026 15:11 0
İdman
18-27 noyabr tarixlərində Karakasda (Venesuela) 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan sözügedən turnirdə iki idmançı ilə mübarizə aparacaq.

Ölkəmizi bu mötəbər yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcəklər.